6 Mart 2017 17:49
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov beynəlxalq tədbirdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, cari il 27 fevral-1 mart tarixlərində Avropa Şurası və İnterpolun təşkilatçılığı ilə İnterpolun Sinqapur şəhərində yerləşən qərargahında kibercinayətkarlıq, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərində beynəlxalq hüquqi əməkdaşlığa həsr olunmuş konfrans keçirilib.

İnterpolun Sinqapur Qlobal İnnovasiyalar Kompleksi (İGCİ) rəhbərinin müavini Silvino Şlikman çıxış edərək konfransın əhəmiyyəti, qarşıda duran vəzifələr, eləcə də İGCİ-nin fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

ABŞ, Filippin, Belarus, Moldova, Gürcüstan, Mərakeş, Şri Lanka və sair ölkələrin prokurorluq, ədliyyə, polis orqanlarının, beynəlxalq təşkilatların rəhbər şəxslərinin, həmçinin “Facebook” və “Microsoft” şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov təmsil edib.

Konfransda Erkin Əlixanov çıxış edərək ölkəmizin mühüm beynəlxalq və regional konvensiyaları ratifikasiya edərək kibercinayətkarlıq və digər transmilli cinayətlərə qarşı mübarizəyə, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsinə böyük önəm verdiyini bildirib, eləcə də beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirildiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələri ilə görüşlər keçirilib, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər