9 Mart 2017 13:59
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hümbət Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hümbət Zeynalov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, Hümbət Zeynalov Şamaxı rayonunda mübahisə zəminində tanışı Abid Sultanovu balta ilə vurub. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.

Hümbət Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər