14 Mart 2017 14:40
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda oğurluq edən qadın cinayəti ört-basdır etmək istəyib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Mədinə İsmayılovanın evindən məişət əşyaları oğurlanıb.

Oğru evi də yandırıb. Baş verən hadisə ilə bağlı Füzuli rayon polis şöbəsinin apardığı araşdırma zamanı məlum olub ki, cinayəti rayon sakini Nazilə Novruzova törədib. O, saxlanılıb.

İstintaqa ifadə verən Nazilə Novruzova törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, evi yandırmaqda məqsədi törətdiyi oğurluq cinayətini ört-basdır etmək olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər