11 İyul 2014 11:06

Gəncə şəhərində qətl hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə şəhərin Nizami rayonunda baş verib. Rayon ərazisində yerləşən yataqxanada yaşayan Firuzə Vəliyeva xüsusi amansızlıqla öldürülüb. Hadisə yerinə gələn şəhər polis idarəsi və prokurorluq əməkdaşları qadının bədənində çoxsaylı döyülmə xəsarətləri aşkar ediblər.

Araşdırmalar zamanı məlum olub ki, Firuzə Vəliyevanı qonşusu Kazbek Buleqbayev tərəfində törədilməsi məlum olub. Keçirilən əməliyyat nəticəsində cinayəti törədən şəxs həbs edilib.

Firuzə Vəliyeva yüngül həyat tərzi keçirirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...