Bakının Suraxanı rayonunda 26 yaşlı oğlanı öldürən şəxs həbs edilib . Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Binə südçülük sovxozu adlanan ərazidə baş verib.
1991-ci il təvəllüdlü Faiq İsmayilovu yaşadığı evin həyətində qətlə yetirən 1992-ci il təvəllüdlü İlkin Əhmədov həbs edilib.
Məlumata görə, İlkin Əhmədov öldürülən şəxsin evində kirayə yaşayıb. Qətl hadisəsi qisqancliq zəminində törədilib.
Belə ki, Faiq İsmayılov İlkin Əhmədovun həyat yoldaşı ilə münasibətindən şübhələnib və izləyib, şübhələrinin doğru olduğunu görüb. Bundan sonra qətl hadisəsini törədib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov