12 Aprel 2017 11:41
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 18-ə təyin edilib.

İttihama görə, ötən il sentaybrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə Nurlan Quliyevin bacısını qaçırıb.

Nurlan Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib.
Daha sonra Mahir Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. Murlan Quliyev oradaca dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Nurlan Quliyev tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər