20 Aprel 2017 12:51
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Prokurora çıxış etmək üçün söz verilib. Lakin prokuror çıxışa hazır olmadığı üçün vaxt istəyib.
Hakimlər prokurorun istəyini nəzərə alıb. Bu səbəbdən növbəti proses aprelin 23-ə təyin edilib.

İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da narkotik ittihamı ilə həbs edilib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, ötən il Səbail rayonunda "Bulaq" restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. O zaman Vidadi Hüseynov və kriminal aləmə yaxın olan bir sıra digər şəxslər saxlanılmışdı.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər