Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qərib Sadıqov həbs edilib. Ondan 0,403 qram heroin götürülüb.
Qərib Sadıqovun yaşadığı evə baxış zamanı əlavə olaraq 2 kiloqram 56,177 qram heroin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov