Teleqraf.com xəbər verir ki, hadisə mayın 2-nə keçən gecə qeydə alınıb.
Rayon ərazisindəki restoranlardan birindən içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.
Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Emil Teymurov və Mirzə Mirzəzadə tutulublar.
Mirzə Mirzəzadənin əvvəllər məhkum olunduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov