8 May 2017 15:04
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün günün birinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə gəlməyib.

Cavid Rzazadə ötən həftə əməliyyat olunub və bu səbəbdən məhkəməyə gəlməyib. Növbəti proses mayın 15-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər