Oxşar xəbərlər
Moskva polisi cinayətkar qruplaşmaların 68 nümayəndəsini saxlayıb.
“Oğru dünyası”nın təmsilçiləri iyulun 15-də Rusiya paytaxtının şərqində görüş keçirməyi planlaşdırsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyiblər.
İstintaqın məlumatına əsasən, görüşün təşkilatçısı 31 yaşlı Tacikistan vətəndaşıdır. O, Moskva ərazisində 10-dək silahlı hücumun təşkilində günahlandırılır.
Saxlanılan şəxslər hazırda Moskvanın ayrı-ayrı polis şöbələrindədir. Onların bu və ya digər cinayətlərin törədilməsində iştirak edib-etmədikləri araşdırılır.
/apa/