Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Gəncə şəhəri ərazisindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamaqda şübhəli bilinən şəhər sakini Mətləb İsmayıllı tutulub.
Ətrafında aparılan tədbirlərlə onun fevralın 17-dən aprelin 21-dək olan müddətdə şəhər ərazisində 1 velosiped, 3 avtomobildən sənəd və akkumulyatorlar, 1 bağ evindən məişət əşyaları, daha 3 evin girişlərindəki su sayğaclarını və su mühərrikini oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov