24 May 2017 15:15
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

Bakı şəhər sakini Valeh Heydərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Sabit Bağırov tutulub.


Müəllif: Hacı Zeynalov