1 İyun 2017 12:34
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səbail rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əhmədovun sədrliyi ilə keçən prosesdə Gözəl Bayramlı barəsində çıxarılan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasıyla bağlı vəsatət qaldırılıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Gözəl Bayramlı Gürcüstandan Azərbaycana gələrkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov