17 İyul 2014 18:57
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məhbus ölüb.

Hüquq müdafiəçisi Eldar Zeynalovun verdiyi məlumata görə, ömürlük azadlıqdan məhrum edilmiş, Penitensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılan Məmmədov Əli Vəli oğlu ("Yevlaxlı Alik") vəfat edib.

Xərçəngdən əziyyət çəkən Ə. Məmmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Xəbəri Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov təsdiq edib. O, qırtlaq xərçəngindən əziyyət çəkən məhbusun iyulun 12-də vəfat etdiyini bildirib.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Məmmədov Əli Vəli oğlu ("Yevlaxlı Alik") 2001-ci il mayın 18-də həbsə məhkum edilib. Onun adı Nizami Qocayev və digərləri ilə bağlı cinayət işində keçib.

/apa/


Müəllif: