21 İyun 2017 11:54
1 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:32

Qusar rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hil kəndində qeydə alınıb.

Kəndin kənarındakı fermada yaşayan Gülnarə Saypullayeva 2012-ci il təvəllüdlü qızı Luizaya siçan dərmanı içirib.

Dərmanı içən qız ölüb.

Həkimlərin müayinəsi zamanı məlum olub ki, azyaşlı zəhərlənərək ölüb.

Prokurorluqda dindirilən Gülnarə Saypullayeva qızını zəhərləyərək öldürdüyünü etiraf edib.

Faktla bağlı Qusar rayon Prokurluğunda cinayət işi başlayıb.

***

10:57

5 yaşlı qızını zəhərləyərək öldürən qadın Qusarın İmamqulu-oba kəndindəndir.

Bunu Teleqraf.com-a açıqlamasında Qusar rayon İcra Hakimiyyətinin Hil kəndi üzrə ərazi nümayəndəsinin müavini Adil Paşayev deyib.

Onun sözlərinə görə, ailə may ayından Rafiq adlı fermerin fermasında işləyir: “Qadın Gülnarə Saypullayeva İmamqulu-oba, həyat yoldaşı isə Şirvanovka kəndindəndir. Bizdə uşağın zəhərlənməsi ilə bağlı geniş məlumat yoxdur”.

Adil Paşayev qeyd edib ki, Gülnarə Saypullayevanı dünən polislər aparıb: “Həyat yoldaşı isə çıxıb kəndinə gedib”.

***

Daxili İşlər Nazirliyi Qusarda azyaşlının öldürülməsi ilə bağlı məlumat yayıb.

İyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.


Müəllif: Hacı Zeynalov, İlhamə Əbülfət