1 İyul 2017 18:19
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bağ evlərini qarət edənlər ələ keçib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bağ evlərindən birindən 30 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rizvan Hüseynov, Orxan Qəzənfərov və Hikmət Qurbanov tutulublar.

Onların cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə 1 avtomobildən akkumlyator, 4 evdən isə məişət əşyaları oğurladıqları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov