Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muğan kəndində qeydə alınıb.
Kənd sakini Əfqan Piriyev münaqişə zəminində həmkəndlisi Şirin Düniyevi bıçaqlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Əfqan Piriyev Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.