Teleqraf.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbə haqqında həbs-qətimkan tədbirinin seçilməsini təklif edib: "Həbs-qətimkan tədbiri seçilməsə, mümkün deyil. O adam məhkəmə prosesində bizi avara qoyub. Müxtəlif bəhanələrlə prosesi uzadır".
Tələbənin vəkili Elçin Sadıqov isə bildirib ki, məhkəməyə gəlməyən şəxs haqqında öncə məcburi gətirilmə qərarı çıxarılmalı, sonra başqa tədbirlərə əl atılmalıdır.
Qısa müşavirədən sonra hakim Zəka Mirağayevin axtarışa verilməsi haqda qərarı elan edib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub.
Zəka Mirağayev tapılıb gətirilənə qədər məhkəmədə bu işin icraatı dayandırılıb.
Məlumat üçün bildirək ki, Zəka Mirağayev ötən məhkəmə iclasından sonra mediaya bildirmişdi ki, həbs olunacağına əmindir, bu səbəbdən ölkəni tərk edib.
Xatırladaq ki, Nigar İsmayılzadə Zəka Mirağayevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir.
Xüsusi ittihamçı saytların birində yer almış yazıdakı “Nigar İsmayılzadə İlahiyyat fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.