Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fərasəddin Fərziyev dələduzluqla üzləşib.
O, Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinə müraciət edərək paytaxt sakini Vüqar Bəkirovun etibardan sui-istifadə yolu ilə ondan 5 min manat aldığını bildirib.
Vüqar Bəkirov pulu işə düzəltmək adı ilə alıb.
Faktla bağlı cinayət işi başlanıb. Vüqar Bəkirov həbs edilib.