Teleqraf.com xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivindəki kafelərdən
Bakı şəhər sakini, 45 yaşlı Əmir Məmmədov dostları ilə kafedə yeyib-içib. Məclisdə dostlar arasında mübahisə yaranıb, sonda dava düşüb.
Bu zaman masada əyləşən dostlarından biri Əmir Məmmədovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Əmir Məmmədov 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.