20 İyul 2017 12:36
686

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazalardan birindən 17.000 manat dəyərində santexnik əşyaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Aydın Nəcəfov tutulub.


Müəllif: Hacı Zeynalov