21 İyul 2017 17:14
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində parklardan birində 1996-ci il təvəllüdlü Vüsal Hüseynzadə bıçaqlanıb.

Vüsal Hüseynzadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, Vüsal Hüseynzadə parkda qız üstündə başqa bir oğlanla mübahisə edib. Onların mübahisəsi sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov