Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, apelyasiya şikayətinə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.
İlkin baxış iclası iyulun 26-na təyin edilib.
İttihama görə, Leyla Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.
Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verən Leyla Əkbərova barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırladaq ki, Leyla Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.