29 İyul 2017 17:24
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisələrdən biri paytaxtın Binəqədi rayonu Azadlıq prospektində qeydə alınıb.

Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi “Volksvagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Daha bir ağır yol qəzası Masallı rayonunun Qəriblər kəndi ərazisində baş verib. Yardımlı rayon sakini Qulu Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub və hadisə yerində ölüb.

Bundan başqa, Quba rayonunun Digah kəndi ərazisində kənd sakini Rahib Vəliyev idarə etdiyi “KAMaz” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib, həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub.

Bahar Atluxanova hadisə yerində ölüb, Simnarə Tahirova xəstəxanaya yerləşdirilib.

Hər üç faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov