Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mənzillərdən birindən 3000 manat dəyərində qızıl əşya oğurlanıb.
Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli şəxs kimi Bakı şəhər sakini Hüseynağa İsmayılov tutulub.
Hüseynağa İsmayılovun əvvəllər məhkum olunduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb.