23 İyul 2014 14:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mağazaları qarət etməkdə təqsirli bilinən Tural Əsədov, Rafiq Məmmədov, Vüqar Əhmədov və Etibar Muradovun cinayət işinə baxılıb.

İttihama görə, təqsirləndirilən şəxsləri Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən ötən ilin mayında həbs olunublar. Onlar Bakı şəhər sakini Arif Rzayevə məxəsus mağazadan 17 min manat, Nigar Abdullayevaya məxsus ofisdən 800 manat oğurlayıblar.

İstintaq zamanı mütəşəkkil dəstənin bir çox oğurluq cinayətləri üzə çıxıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Əsədov 9 il, Rafiq Məmmədov 4 il, Vüqar Əhmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Etibar Muradovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...