25 Avqust 2017 16:35
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını öldürməkdə təqsirli bilinən 1956-cı il təvəllüdlü Ramiz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Ramiz İbrahimov son sözlə çıxış edib.

O, əməlindən peşman olduğunu bildirib.

Daha sonra hakimlər hökm elan edib. Ramin İbrahimov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Ramiz İbrahimov arvadı Səmayə Camalovaya 7 bıçaq zərbəsi vurub. Qadın hadisə yerindəcə keçinib.

Evində arvadını öldürən Ramiz İbrahimov həyətə çıxıb, orada öz qarnına 8 bıçaq zərbəsi vuraraq intihara cəhd göstərib, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Onun həyatını xilas etmək mümkün olub.

Ramiz İbrahimov hadisəni törədən zaman həddindən artıq sərxoş olub. Elə ər-arvad arasında mübahisə də bu səbəbdən yaranıb. Qadın ərinin hər gün içki içməsinə etiraz edib. Bu səbəbdən evdə tez-tez mübahisələr yaranıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər