Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki gözəllik salonlarından birində Bakı şəhər sakini olan bir qadının içərisində 440 manat və sənəd olan pul kisəsini oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ləman Əlizadə tutulub.
İstintaq araşdırması zamanı onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.