Bakının Xətai rayonunda evlərdən birində əxlaqsızlıq yuvası aşkar edilib.
Teleqraf.com xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərdən birində əməliyyat keçirilib.
Gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Seyidağa Cəfərov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.