Xaçmaz rayonunda gənclər arasında kütləvi dava olub.
Bu barədə Teleqraf.com-a Xaçmaz rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun İzmaylovka adlanan yaşayış massivində qeydə alınıb. Kütləvi dava zamanı rayon sakini, 1990-cı il təvəllüdlü Elşən Əhmədov, 1992-ci il təvəllüdlü Emil İsayev və 1975-ci il təvəllüdlü Eyvaz Cəbrayılov bıçaqlanıb.
Hər üç yaralı xəstəxanaya çatdırılıb. Elşən Əhmədov xəstəxanada dünyasını dəyişib. Digər yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov