11 Sentyabr 2017 09:53
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, rayonun Sulutəpə qəsəbəsində 1953-cü il təvəllüdlü Allahverdi Əsədov və onun qızı, 1979-cu il təvəllüdlü Samirə Əsədova qətlə yetirilib.

Məlumata görə, qətli Samirə Əsədovanın qeyri-rəsmi yaşadığı Sahib Hacıyevin törətdiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, Müşfiq qəsəbəsi sakini Samirə Əsədova Sulutəpə qəsəbəsində Sahiblə birlikdə yaşayıb. Amma son günlər onların arasında mübahisə yaranıb. Sonuncu dəfə mübahisəyə Samirənin atası Allahverdi Əsədov da qoşulub.

O, qızı evinə gələrək Sahiblə mübahisə edib, daha sonra qızını götürərək Müşfiq qəsəbəsinə - öz evinə aparmaq istəyib.

Yol kənarında maşın gözləyən ata və qıza Sahib hücum edib və onları öldürüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər