20 Sentyabr 2017 11:27
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən Əlihüseyn Salahzadənin şikayəti təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsi Əlihüseyn Salahzadı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməkdə təqsirləndirilib.

Zərərçəkmiç qismində Elbəy Mirzəyev tanınıb.

Əlihüseyn Salahzadənin vəkili bildirib ki, zərərçəkmiş şikayət ərizəsini geri götürüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər