Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 8-ci kilometr qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Rübabə Soltanova bıçaqlanıb.
Məlumata görə, Rübabə qardaşı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı qardaş bacısını əvvəlcə döyüb, daha sonra ona bıçaqla bir neçə xəsarət yetirib.
Xəsarət alan Rübabə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.