27 Sentyabr 2017 12:11
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Əziz Orucovun vəkili Cavad Cavadov vəsatətlə çıxış edib. O, müvəkkilinin şüşə qəfəsdən çıxarılıb, yanında əyləşdirilməsini istəyib. Vəsatət təmin edilib.

Vəkil hüquqıarını müdafiə etdiyi şəxsin basində cinayət işinə xitam verilməsini tələb edib. Bu vəsatətsə təmin edilməyib.

Müşavirə keçirən hakimlər kollegiyası məhkəmənin baxış iclasına verildiyini elan edib. Məhkəmə baxışı oktyabrın 10-na təyin edilib.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Bu il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər