25 İyul 2014 18:31
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 29 yaşlı Şəbnəm Mehdiyevanın məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Şəbnəm Mehdiyeva həbs edilib.

Onun qadınları BƏƏ-nin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar olunub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şəbnəm Mehdiyevanın barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif: