Astara rayonunun Pensər kəndində mağazalardan birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, rayon polis şöbəsi oğurluq hadisəsini araşdırıb.
Müəyyən edilib ki, mağazadan 193 manat pul və 425 manat dəyərində danışıq kartları aparılıb.
Əməliyyat nəticəsində oğurluğun əvvəllər həmin mağazada işləmiş şəxs tərəfindən edildiyi də müəyyənləşib.
Kənd sakini Saleh Nəhmətov şübhəli şəxs qismində saxlanılıb. Axşam vaxtı arxa pəncərənin dəmir barmaqlığını qıraraq mağazaya daxil olan Saleh Nəhmətov oradan pul və siqaret oğurlayıb.
Faktla bağlı araşdırmalar aparılır.