Balakən rayonunun Qullar kəndində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1984-cü il təvəllüdlü kənd sakini Raman İbadov evdə 1987-ci il təvəllüdlü həyat yoldaşı Esmira İbadova ilə mübahisə edib.
Mübahisə zamanı Raman İbadov həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Yaralı ailə üzvlərinin köməyi ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Raman İbadov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 20.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.