Sumqayıt şəhərində 22 yaşlı oğlan sevdiyi qıza görə özünü öldürmək istəyib.
Teleqraf.com xəbər verir ki, şəhərin Tağıyev qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Elxan Həmidli özünə bıçaqla xəsarət yetirib.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qarın nahiyəsindən iki bıçaq xəsarəti alan Elxan Həmidli əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Elxan Həmidli noyabrın 28-də günorta saatlarında sevdiyi qızla mübahisə edib. Qız Elxanı sevmədiyini, onunla ailə qurmaq istəmədiyini deyib.
Elxan Həmidli də qayıdıb ki, əgər mənimlə sevgili olmasan, özümü öldürəcəm. Qız hədələrə əhəmiyyət verməyib. Evə gələn Elxan bıçaqla özünə xəsarət yetirib. Ailə üzvləri onu qan içində aşkarlayıb və təcili xəstəxanaya çatdırıblar.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.