3 Dekabr 2017 11:27
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda qadınlardan və kişilərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Sevinc Quliyeva, Nəsibə Abbasova, Rəna Süleymanova və Arzu Atayev saxlanılıblar.

Məlum olub ki, dəstə üzvləri gənc yaşlarında olan Eldar Mikayılovun 200 manatını soyğunçuluq yolu ilə alıblar.

Bildirilir ki, qadınlar Eldar Mikayılovla görüşmək adı ilə aldadıblar və evə çağırıblar. Orada ona hədə-qorxu gələrək pulunu alıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər