Yevlax rayonunun Hacıselli kəndində silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, kənd sakini Rahil Mustafayev ayaq nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib.
Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı onun evinin həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət aldığı müəyyən edilib.
Hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.