19 Dekabr 2017 11:07
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi ilə Yasamal rayon Polis İdarəsi əməkdaşlarının birgə əməliyyat tədbiri nəticəsində taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, dekabr 15-i gecə saatlarında iki nəfər naməlum şəxs taksi sürücüsü Tələt Məmmədlinin “Mersedes” markalı avtomobilinə müştəri kimi əyləşərək D.Bünyadzadə küçəsinə gedəcəklərini bildiriblər.

Deyilən ünvana çatanda həmin şəxslər sürücüyə hədə-qorxu gələrək onun avtomobilini əlindən alıblar. Əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin Bakı şəhər sakinləri Natiq Bayramlı və Telman Qasımov tərəfindən törədildiyi müəyyən edilib və onlar tutularaq istintaqa təqdim olunublar.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin dekabr 17-si digər bir taksi sürücüsü Fərhad Məmmədovu da bıçaqla hədələyərək onun maşını əlindən aldıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən hər iki avtomobilin tapılaraq sahiblərinə qaytarılması təmin olunub.

Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər