Bakının Binəqədi rayonu ərazisində ustaların döyülməsi ilə nəticələnən hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki daş bazarında 1993-cü il təvəllüdlü Elvin Nadirov, onun qardaşı, 1995-ci il təvəllüdlü Emin Nadirov və 1994-cü il təvəllüdlü Elməddin Əhmədov döyülüb.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, Elvin və Emin Nadirov qardaşları dostları Elməddin Əhmədovla Novxanı qəsəbəsində fərdi yaşayış evində usta işləyiblər.
Ustaları yarasız iş görməkdə ittiham edən ev sahibi daş bazarına gələrək onlarla mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib.
Ev sahibi və onunla birlikdə gələn bir neçə şəxs Nadirov qardaşlarını, onların dostlarını döyərək bədənlərinin müxtəlif nahiyələrinə xəsarət yetiriblər.
Faktla bağlı araşdırma aparılır.