22 Dekabr 2017 00:57
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sitarə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sitarıə Quliyevə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəində seçilmiş başqa yerə hüyməmək qətimkan tədbiri ləğv edili və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalında həbs edilib.

İttihama görə, Sitarə Quliyeva Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") çalışdığını deyərək vətəndaşların etibarını qazanıb. O, Fizuli rayonundan olan zərərçəkmiş şəxslərə qaçqın və məcburi köçkünlər üçün paytaxtda tikilən binalardan ev almağa kömək edəcəyini vəd verib. Bu məqsədlə də vətəndaşlardan müxtəlif məbləğlərdə pul alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər