22 Dekabr 2017 10:14
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Tarqovı deyilən ərazidə, Nizami küçəsində 1998-ci il təvəllüdlü Rəşad Zeynalov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Rəşad Zeynalov sevdiyi qızla Yeni il şənliyi ilə bağlı hazırlanmış işıqdan dekorasiya ilə düzəlmiş ərazidə şəkil çəkdiririb. Bu zaman 3 nəfər oğlan mobil telefonla həmin qızın fotosunu çəkib.

Bunu görən Rəşad Zeynalov oğlanlara iradını bildirib. Onlar da kobud cavab veriblər. Dava zamanı Rəşad Zeynalov bıçaqlanıb.

Cinayəti törədənlər hadisə yerindən qaçıb.

39-cu polis bölməsinin əməkdaşları cinayəti törədən şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər