23 Dekabr 2017 19:28
510

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, rayonun Balaxanı qəsəbəsində 33 yaşlı Şamil Qarayev 40 saylı marşrut avtobusunun sürücüsü ilə əlbəyaxa dava edib.

Dava zamanı avtobus sürücüsü Şamil Qarayevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov