Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Rüfət Quliyev bir neçə nəfərin hücumuna məruz qalıb.
Həmin şəxslər Rüfət Quliyevin 1000 avro və 200 manatını əlindən alıblar.
Zərərçəkmiş Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qrupun Qazax rayon sakini Zaur Əhmədov saxlanılıb.
Digər şəxslərin tutulması üçün əməliyyat tədbirləri görülür.
Zaur Əhmədovun əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub. Faktla bağlı cinayət işi başlanıb.