25 Dekabr 2017 17:06
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər Polis İdarəsi narkotiklərə qarşı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, nəticədə şübhəli şəxs qismində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Kərimov saxlanılıb.

Polis İdarəsində onun üzərinə baxış zamanı 0,991 qram heroin aşkar olunub.

Ramil Kərimovun yaşadığı evə də baxış keçirilib. Oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 2 kiloqram 995 qram heroin olması barədə rəy verilib.

Saxlanılan şəxs ifadəsində heroini şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov