27 Dekabr 2017 12:04
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmə və digər cinayətlərdə ittiham olunan bank əməkdaşı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, İlham Qasımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, İlham Qasımov əvvəllər “KapitalBank”da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.

İlham Qasımov iş adamları Fuad Musayev, Rəfail Əliyev və Bəxtiyar adlı şəxslərin vasitəsi ilə paytaxtda ayrı-ayrı vətəndaşların adına kredit verib.

İlham Qasımov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və digər maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, cinayət işində adı keçən iş adamları Fuad Musayev, Rəfail Əliyev və Bəxtiyar adlı şəxs bir neçə il əvvəl mühakimə olunublar. Hazırda onlar cəza çəkmə müəssisəsində cəza çəkirlər.


Müəllif: Hacı Zeynalov