3 Avqust 2014 23:16
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda 17 yaşlı oğlan kanalda batıb.

Hadisə rayonun Kürdəmiş kəndi ərazisində baş verib.

Belə ki, Yuxarı Şirvan kanalında, ən yaxın xilasetmə məntəqəsindən 130 km aralıda, nəzarət olunmayan ərazidə 1997-ci il təvəllüdlü Şamil Araz oğlu Allahverdiyev batıb.

Teleqraf.com-un məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Ş.Allahverdiyevin cəsədi batdığı yerdən 5 km aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif:

Oxşar xəbərlər